Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır.
Bu barədə energetika naziri Pərviz Şahbazov “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, 16 milyard kubmetrlik qazın 6 milyard kubmetri Avropaya, 10 milyard kubmetri isə Türkiyə ixrac ediləcək. Həmçinin Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə də razılığa gəlib.