Azərbaycan və Slovakiya arasında investisiya sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

2021.10.14 12:09 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Slovakiya səfirliyinin müvəqqəti işlər vəkili Milan Layçik ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə iki ölkə arasında investisiya və ticarət sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.