İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi keçirilib

2021.10.13 17:21 (UTC+04:00)

Oktyabrın 13-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2054008688 ISIN-li, 40 milyon manat həcmində, 9360 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən bildirilib ki, hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 85 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 milyon manat təşkil edib. İstiqrazlar 2047-ci il mayın 30-da ödəniləcək.