Oktyabrın 12-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Marketinq və Menecment Komissiyasının təşkilatçılığı ilə Türkiyə-Azərbaycan İş Forumu və ikili iş görüşmələri keçirilib.
AQSİA-dan bildirilib ki, tədbirin məqsədi iki ölkənin biznes nümayəndələri arasında işgüzar əlaqələrin inkişafına töhfə vermək olub. Görüşlər zamanı Azərbaycan-Türkiyə iqtisadi əlaqələri, biznes əməkdaşlığı imkanları geniş müzakirə edilib.
Tədbirə AQSİA-nın üzvü olan bir çox qadın sahibkarlar qatılıb. İştirakçılar Türkiyə bazarına çıxış şansı, potensial investorlarla əlaqə yaratmaq imkanı haqqında danışıqlar aparıb.
Tədbirdə türk iş adamları Azərbaycanda müxtəlif sahələrdə yatırım imkanları ilə maraqlanıblar, onlara ətraflı izahatlar və məlumat verilib.