Sığorta əməliyyatları ƏDV-dən azaddırmı?

2021.10.22 10:37 (UTC+04:00)

Vergi Məcəlləsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə, qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda, həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.