Əmanətlərin Sığortalanması Fondu “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib

2021.10.13 13:02 (UTC+04:00)

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib.

ADIF-dən bildirilib ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi oktyabrın 14-dən başlayacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri: Bakı şəhəri, Babək prospekti 16

Qaynar xətt: (012) 941