Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 139,8 milyon manat artıb

2021.10.13 10:41 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 139,8 milyon manat və ya 4,0 faiz artıb.

Fondun mətbuat xidmətindən bildirilib ki, xərclərin 97,4 faizini əhaliyə ödənişlər təşkil edib.