Doqquz ayda Gömrük Komitəsi büdcəyə 3 milyard 193 milyon manat köçürüb

2021.10.12 16:03 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 3 milyard 193 milyon 246 min manat olub.

Komitədən bildirilib ki, doqquz ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 870 milyon 109 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 170 milyon 888 min manat, aksizlər üzrə 120 milyon 542 min manat, yol vergisi üzrə isə 31 milyon 703 min manat təşkil edib.