Azərbaycan neftinin qiyməti bu ilin rekordunu yeniləyib

2021.10.12 12:16 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,11 dollar artaraq 85,89 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 5-də (85,15) qeydə alınıb. Dünyada yaşanan enerji böhranı neft qiymətlərinin artmasında əsas səbəb kimi göstərilib. Həmçinin “OPEC+” alyansının neft hasilatını sürətləndirməmək haqqında qərarı da qiymət artımında rol oynayıb.