Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək və xidmətlər, qurumun İtaliyanın müvafiq qurumları ilə əməkdaşlığı və tərəflər arasında imzalanmış ikitərəfli sənədlər çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb. Ölkələrimizin işgüzar dairələri arasında mövcud əməkdaşlığa və əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə iş adamları arasında münasibətlərin genişləndirilməsi üçün müxtəlif təkliflər də səsləndirilib.