Kiçik və orta sahibkarlar üçün fərdi məsləhət xidməti həftəsi keçiriləcək

2021.10.11 15:27 (UTC+04:00)

Oktyabrın 11-15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəmkir-Gədəbəy KOB İnkişaf Mərkəzi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün “Vergi orqanları ilə vergiödəyiciləri arasında elektron sənəd mübadiləsi qaydaları” mövzusunda fərdi məsləhət xidməti həftəsi keçiriləcək.

KOBİA-dan bildirilib ki, tədbir çərçivəsində sahibkarlar rüblük və illik vergi, DSMF hesabatlarının hazırlanması, vergi bəyənnamələrinin doldurulması, “www.e-taxes.gov.az” portalından istifadə qaydaları, şirkətin qeydiyyatdan keçirilməsi, fərdi sahibkar üçün VÖEN-in açılması, “e-qaimələr” barədə məlumatlandırılacaq, mərkəzin peşəkar ekspertləri tərəfindən onları maraqlandıran suallar cavablandırılacaq. Məsləhət xidməti ödənişsiz olaraq göstəriləcək. Vergilərlə bağlı ödənişsiz məsləhət xidmətlərindən yararlanmaq istəyən sahibkarlar KOB inkişaf mərkəzlərinə (KOBİM) müraciət edə bilərlər.