Azərbaycan neftinin qiyməti 84 dolları ötüb

2021.10.09 14:06 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,97 dollar artaraq 84,78 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il oktyabrın 5-də (85,15) qeydə alınıb.