Təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasların gəlir vergisi ilə bağlı güzəştləri

2021.10.20 16:23 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az”a bildirilib ki, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20.000 manatadək olan hissəsi, hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir verigisindən azad edilir.

Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

Əsaslandırma: Vergi Məcəlləsinin 102.1.3-cü maddəsi