Cari ilin sentyabr ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği artaraq 234,6 manatdan 266,6 manata çatıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz artım deməkdir.