Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionları üzrə yenilənmiş payız hesabatında deyilir.
Məlumata görə, bank Azərbaycanın kənd təsərrüfatı, sənaye və xidmət sahələrində böyük artım gözləyir. Aqrar sektorun 4,5%, sənayenin 2,7%, xidmət sahəsinin isə 9% artacağı gözlənilir.
"Qeyri-neft iqtisadiyyatının artımı işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcək", - deyə hesabatda qeyd olunur.