Qeydiyyatda olmayan fiziki şəxsin gəlirindən vergi tutulması

2019.03.28 11:39 (UTC+04:00)

Metal tədarükü məntəqəsinə qara metal qırıntılarını təqdim edən və vergi orqanlarında qeydiyyatda olmayan fiziki şəxsin gəlirindən vergi necə tutulur?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların, o cümlədən əlvan və qara metal qırıntılarının təqdim edilməsinə görə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergini dövlət büdcəsinə ödəyirlər.

Əsas: Vergi Məcəlləsi, 150.1.14-cü maddə