Son 10 ildə ölkə iqtisadiyyatına 57 milyard dollar həcmində birbaşa xarici investisiyalar cəlb edilib

2021.10.06 12:17 (UTC+04:00)

Son 10 ildə ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların məbləği 57 milyard ABŞ dolları təşkil edib.

unu iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 6-da Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə deyib.

Nazir qeyd edib ki, eyni zamanda, sənaye zonalarında istehsalın ümumi dəyəri 4,3 milyard manatdan çox olub. Sənaye zonalarına qoyulmuş sərmayələrin ümumi məbləği isə 6,1 milyard manatı ötüb.