İlin yekunlarına görə verginin ödənilməsi

2021.10.11 12:17 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergilər”az saytına bildirilib ki, vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər.

Bələdiyyələrin mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə, digər müəssisələr isə dövlət büdcəsinə ödəyir. Fiziki şəxslər gəlir vergisini dövlət büdcəsinə ödəyirlər

Əsaslandırma: Vergi Məcəlləsinin 152.1-ci, və 151.2-ci maddələri