Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb

2021.10.04 17:00 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) bu il yanvarın 1-dən sentyabrın 30-dək qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11,947,606,367 manat təşkil edib.

BFB-dən bildirilib ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 39 faiz, ilkin bazar üzrə ticarət həcmində 6 faiz, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 10 faiz, repo əməliyyatları üzrə isə 292 faiz artım qeydə alınıb. 2021-ci ilin sentyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10 faiz artaraq 4,290,510,411 manat olub.