Prezident İlham Əliyev Bərdə rayonuna səfərə gəlib

2021.10.04 12:28 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Bərdə rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Bərdə şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.