Yeddi ayda qeyri-dövlət sektorunda 748 mindən çox əmək müqaviləsi bağlanıb

2021.10.02 13:25 (UTC+04:00)

Cari ilin avqustun 1-nə qeyri-dövlət sektorunda 748 min 309 əmək müqaviləsi bağlanıb ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 208,4 min nəfər çoxdur.

Dövlət Vergi Xidmətindən bildirilib ki, yalnız 2021-ci ilin iyul ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 9 min 800-dən çox artım qeydə alınıb.