Azərbaycanda özəl sektorun Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfələrinin təşviqi məsələləri müzakirə edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Azərbaycanda diplomatik fəaliyyətə başlayan BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşümüzdə BMT və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin (2021-2025-ci illər) icrasını, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşməsi, korporativ davamlılığın və özəl sektorun DİM-lərə töhfələrinin təşviqi məsələlərini müzakirə etdik”, - deyə nazir qeyd edib.