KOBİA Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

2021.10.01 17:23 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) ölkə üzrə direktoru Karin Hoerhan ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə KOBİA və GIZ-in əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”na, eləcə də yeni əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.