Qeyri-yeyinti məhsullarının ixracı 2 dəfədən çox artıb

2021.09.30 19:32 (UTC+04:00)

2021-ci ilin avqust ayı ərzində qeyri-yeyinti məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nisbətən 106,6 faiz olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında bildirilir ki, bu ilin avqust ayı ərzində qeyri-yeyinti məhsullarının ixracı 192,1 milyon ABŞ dolları olub.

Məlumat üçün qeyd edək ki, yeyinti məhsullarının ixracında 2020-ci ilin müvafiq dövrünə nisbətən 53,1 faiz artım olub və 38,3 milyon ABŞ dolları təşkil edib.