“Albayrak Holdinq” ilə ölkəmizə investisiya qoyuluşu imkanlarına dair fikir mübadiləsi aparılıb

2021.09.30 18:30 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Albayrak Holdinq”inin rəhbəri Ahmet Albayrakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə şirkətin ölkəmizə investisiya qoyuluşunda maraqlı olduğu sahələrə və birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qonaqlara KOBİA-nın ölkəmizə investisiya yatırmaqda maraqlı olan xarici sərmayəçilərə, eləcə də Türkiyədən olan investorların yerli sahibkarlarla əlaqələndirilməsinə, gələcəkdə birgə layihələrin icrasına dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.