Gürcüstan iqtisadiyyatı 8 ayda 12 faiz böyüyüb

2021.09.30 16:19 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında Gürcüstanda istehsal olunmuş ümumi daxili məhsulun real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Qeyd olunub ki, avqust ayında Gürcüstan iqtisadiyyatı 10,3 faiz artıb.

Ötən ay istehsal, maliyyə və sığorta, ticarət, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, daşınma və anbar təsərrüfatı, əyləncə və rekreasiya sahələrində artım qeydə alınıb. Tikinti sektoru və dağ-mədən sənayesində isə azalma müşahidə olunub.