Avqustda qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr sırasında Rusiya birinciliyə yüksəlib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında bildirilir ki, cari ilin yanvar-avqust ayları ərzində Rusiyaya 522,3 milyon, Türkiyəyə 407,3 milyon, İsveçrəyə 154,9 milyon, Gürcüstana 109,5 milyon və ABŞ-a 48 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2021-ci ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (54,4 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (48 milyon ABŞ dolları) və İsveçrə üçüncü (25,5 milyon ABŞ dolları) olub.