AZPROMO Gürcüstan şirkəti ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

2021.09.30 13:37 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) “Enterprise Georgia”nın direktoru Mixail Xidureli ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayevlə görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.