Cari ilin yanvar-avqust aylarında “Azexport.az” portalına 324,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında bildirir ki, bu ilin avqust ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 40,8 milyon ABŞ dolları təşkil edib. Avqustda “Azexport.az” portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar, toyuq yumurtası, fındıq ləpəsi, biyan kökü və sair mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin avqustun 31-nə kimi (56 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 549 milyon ABŞ dolları təşkil edib.