Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Gürcüstan nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan “Enterprise Georgia”nın direktoru Mixail Xidureli ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə ölkələrimiz arasında KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə, KOB-lara dəstək sahəsində Gürcüstan modelinə və bu istiqamətdə təcrübə mübadiləsinə, eləcə də birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi dəstək və xidmətlər barədə də görüşdə ətraflı məlumat verilib, KOBİA-nın Gürcüstandan olan investorlara müvafiq qurumlarla əlaqələndirmə, etibarlı yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.