Kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə nə nəzərdə tutulur?

2021.10.05 11:35 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergilər.az”a bildirilib ki, sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi kənd təsərrüfatı məhsullarının istehsalı adlanır.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.60-cı maddəsi