Yanvar–avqustda 17 813 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb

2021.09.29 12:31 (UTC+04:00)

Cari ilin yanvar–avqust ayları ərzində 17 813 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onların 59,2 faizini kişilər, 40,8 faizi isə qadınlar təşkil edib.