“Rəqəmsal və davamlı kənd təsərrüfatı” mövzusunda onlayn görüş keçiriləcək

2021.09.28 16:16 (UTC+04:00)

Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) sentyabrın 29-30-da Bavariya İqtisadi İşlər, Regional İnkişaf və Energetika Nazirliyinin dəstəyi və “TUM-Tech GmbH” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan şirkətləri üçün “Rəqəmsal və davamlı kənd təsərrüfatı” mövzusunda onlayn biznes görüş keçirəcək.

Palatadan bildirilib ki, səfər çərçivəsində əkinçilik və heyvandarlıq sahələri üzrə fəaliyyət göstərən alman şirkətləri ilə onlayn B2B görüşləri baş tutacaq. Tədbirdə iştirak ödənişsizdir.