Səkkiz ayda dəmir yolu ilə 4,3 milyon ton yük daşınıb

2021.09.27 17:50 (UTC+04:00)

Yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 4 milyon 344,7 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 908,9 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyard 18,8 min ton yükün dəyəri 679,6 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 325,9 min ton, dəyəri isə 1 milyard 229,2 milyon dollar olub.