Bu il idxal və ixrac olunan məhsullar açıqlanıb

2021.09.27 15:41 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə mühüm məhsul növlərindən çay idxalı 3,9 faiz, kartof 14,1 faiz, təzə tərəvəz 43,3 faiz, minik avtomobilləri 1,7 dəfə, dərman vasitələri 1,3 faiz, hesablama maşınları, blok və qurğuları 18,8 faiz, yük avtomobilləri 2 dəfə, rezin şinlər 1,6 dəfə, mebellər 29,8 faiz, paltaryuyan maşınlar 34,1 faiz, məişət soyuducuları 18,1 faiz artıb, bitki yağları idxalı isə 7,7 faiz, buğda 5,9 faiz, xam şəkər və şəkər 0,4 faiz, təzə meyvə 2 faiz, kərə yağı, digər süd yağları və pastaları 12,1 faiz, quş əti və onun əlavə məhsulları 19,2 faiz, mal əti 42,8 faiz, siqaretlər 9 faiz, qara metallardan borular 35,8 faiz, polad prokatı 39,9 faiz, mineral gübrələr 46,4 faiz, məişət kondisionerləri 0,8 faiz, qara metallardan çubuqlar 69,7 faiz, polietilen 38,5 faiz, qara metallardan künclüklər 31,1 faiz, avtobuslar 36,6 faiz, sement və sement klinkerləri 24,3 faiz azalıb.

2021-ci ilin yanvar-iyul aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 33 faiz, kartof 12,9 faiz, şəkər 1,8 dəfə, bitki yağları 2,6 faiz, meyvə və tərəvəz şirələri 15,9 faiz, meyvə və tərəvəz konservləri 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 11,3 faiz, pambıq lifi 1,7 dəfə, pambıq ipliyi 2 dəfə, qara metallardan yarımfabrikatlar 12,4 dəfə artıb, təzə tərəvəz ixracı isə 22,3 faiz, çay 21,2 faiz, tütün 43,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 25,2 faiz, polietilen 6,2 faiz, emal olunmamış alüminium 42,1 faiz, qara metallardan borular 1,3 faiz, bentonit gili 9,2 faiz azalıb.