Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib.
KOBİA-dan bildirilib ki, onlayn formatda təşkil olunmuş tədbirdə agentliyin 60-dan çox əməkdaşı iştirak edib. Milli Məclisin deputatı Kamal Cəfərov korrupsiya ilə əlaqədar hüquqpozmalar, bu sahədə müraciətlərə baxılması, etik davranış qaydaları və sair məsələlər barədə ətraflı məlumat verib, mövzu ilə bağlı agentlik əməkdaşlarının suallarını cavablandırıb. Təlimdə etik davranış qaydaları və korrupsiya ilə əlaqədar hüquqpozmalara dair konkret keyslər agentlik əməkdaşları ilə birgə təhlil edilib.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə təşkil edilib.