İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Bu barədə nazir məlumat verib.
“BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi kimi səlahiyyət müddəti başa çatan Alessandro Frakassettiyə ölkəmizin BMT-nin qurumları ilə əlaqələrinin inkişafına töhfələrinə, UNDP-nin dəstəyi ilə həyata keçirilən layihə və təşəbbüslərə görə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayıram. A.Frakassetti ilə görüşümüzdə UNDP-nin Azərbaycanda fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi apardıq”, - deyə M.Cabbarov qeyd edib.