Cari ilin avqust ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 124,7 min nəfərdən çox olub.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onlardan 97,4 min nəfərdən çoxu yaşa görə, 14,1 min nəfərdən çoxu əlilliyə görə, 13,1 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.