Proqram təminatının satışı ilə məşğul olan qeyri-rezidentin vergi öhdəliyi nədir?

2021.09.27 11:17 (UTC+04:00)

Proqram təminatının satışı ilə məşğul olan qeyri-rezident şirkətin Azərbaycanda nümayəndəlik açıb fəaliyyət göstərdiyi halda hansı vergi öhdəlikləri yaranır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən proqram təminatı satışından əldə olunan gəliri mənfəət vergisinin məqsədləri üçün nümayəndəliyin vergi tutulan gəlirlərinə aid edilir. Daimi nümayəndəlik tərəfindən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, daimi nümayəndəlik tərəfindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olduğu halda, daimi nümayəndəlik ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır.