Cari ilin avqust ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 11 485 vahid və ya 0,7 faiz artaraq 1,7 milyon vahid təşkil edib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 014, fiziki şəxslər üzrə 9 579, torpaq mülkiyyətçiləri üzrə isə 892 vahid artıb.