İndiyədək ölkədə 45 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

2021.09.22 14:00 (UTC+04:00)

Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkədə 45 min 589 ədəd yeni nəsil NKA quraşdırılıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2021-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.