Pambıq lifi və ipliyinin ixracı artıb

2021.09.22 13:36 (UTC+04:00)

Cari ilin səkkiz ayında 94,3 min ton pambıq lifi və 12,2 min ton pambıq ipliyi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir ki, ixrac edilən pambıq lifinin dəyəri 145 milyon dollar, pambıq ipliyinin dəyəri isə 36 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında 77,6 milyon dollarlıq 58,1 min ton pambıq lifi, 11,3 milyon dollarlıq 5488 ton pambıq ipliyi ixrac edilib.