Alüminium və ondan hazırlanan məmulatların ixracı cüzi artıb

2021.09.22 12:40 (UTC+04:00)

2021-ci ilin yanvar-avqust aylarında 37,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 92 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni dövründə 63,6 milyon dollarlıq 35,6 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.