Qara metallar və onlardan hazırlanan məmulatların ixracı iki dəfədən çox artıb

2021.09.22 12:03 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında 111,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 80,5 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2020-ci ilin səkkiz ayında 31,5 milyon dollarlıq 46,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.