Aktiv vergi ödəyicilərinin sayında 4,7 faiz artım olub

2021.09.22 11:33 (UTC+04:00)

Cari il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 645 min 189 nəfər təşkil edib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artaraq, 32 min 585-ə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177 min 274 olub.