Cari ilin yanvar-avqust aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 85,8 milyon manat olub, proqnoz 109,7 faiz icra edilib.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artaraq 63,1 milyon manat təşkil edib. Bu sahədə daxilolmalar üzrə proqnoza 111,3 faiz əməl olunub.