Azad olunmuş ərazilərin potensialının reallaşdırılmasında Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı müzakirə olunub

2021.09.21 18:30 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi, iqtisadi şaxələndirmənin təşviqi baxımından əhəmiyyətlidir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“EBRD-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə Gəncə “Yaşıl Şəhər Proqramı”nın icrasını və digər şəhərlərimizdə tətbiqi imkanlarını, yeni investisiya layihələrini, azad olunmuş ərazilərimizin potensialının reallaşdırılmasında Bankın iştirakını müzakirə etdik”, - deyə nazir qeyd edib.