Alma ixracı artıb

2021.09.21 17:03 (UTC+04:00)

Bu ilin səkkiz ayında 34,3 min ton alma ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən almanın dəyəri 16,9 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 11,9 milyon dollar olmaqla 28,2 min ton alma ixrac olunub.