Toxuculuq, geyim və ayaqqabı sahələrində 303,9 milyon manatlıq məhsul istehsal edilib

2021.09.21 16:30 (UTC+04:00)

Bu ilin səkkiz ayında toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatların, ayaqqabıların istehsalı sahələrində 303,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə dəri və dəri məmulatların, ayaqqabıların istehsalında 56,1 faiz, toxuculuq sənayesində 52,5 faiz artım, geyim istehsalında isə 9,8 faiz azalma müşahidə olunub.