Səkkiz ayda 31,8 milyard manatlıq məhsul satılıb və xidmətlər göstərilib

2021.09.21 15:34 (UTC+04:00)

2021-ci ilin yanvar-avqust aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 31,8 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3 faiz artaraq 30,6 milyard manata bərabər olub, onun 46,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 396,8 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 28,1 manat çox vəsait xərcləyib.